"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Anamın üzümə qapı açması...”-Bələdiyyə üzvü yazır (ESSE)

--2018-06-11 / 16:36

Evimizə gələndə üstümdə qapını açmağa açar olsa da çox vaxt qapını döyürəm. istəyirəm qapını həmişə Anam açsın. Anamın üzümə qapı açması "xoş gəldin" deməsi ilə həyatıma yeni bir qapı açırmış kimi bir enerji verir.

Bəzən yorğun, ərincək olanda "a bala özünüzdə açar var açın gəlin" deməsinə məsumca yalan uydurub "açar götürməmişəm" deyirəm.

Deyə bilmirəm ki, istəyirəm həmişə qapının o tayından sən açasan qapını ana... Sənin o mehriban səsin gəlsin mən isə həyatda uşaq kimi hiss edim özümü...

Neçə ki sən varsan biz uşağıq ana...

Qorxuram bir gün qapının o tayından ya bu tayından səssizlik olsun. Həyat etibarsizdi müvəqqəti deyə bilmirəm ana...

Bağışla yorğun da olsan, deyin, amma qapını sən aç həmişə mənə.

 Səbinə Abdullayeva 

Xətai  bələdiyyəsinin  üzvü

ŞƏRHLƏR